32
ABŞ-ın maliyyə naziri Skott Bessent qarşıdakı G20 maliyyə nazirlərinin görüşündə həmkarları ilə İrana qarşı iqtisadi təzyiqlərin gücləndirilməsi və Tehranla ticarəti davam etdirən ölkələrə qarşı ikinci dərəcəli sanksiyaların tətbiqini müzakirə etməyi planlaşdırır.
Ucnoqta.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin nümayəndəsi Reuters agentliyinə bildirib.
“Gözləyirəm ki, nazirin yaxın günlərdə G20 üzrə həmkarları ilə keçirəcəyi hər bir ikitərəfli görüşdə bu məsələ qaldırılacaq. Bu, İrana qarşı iqtisadi kampaniyamızın mühüm aspektidir. Buna görə də G20-nin bütün üzvlərinin fəaliyyətlərinin əlaqələndirilməsini təmin etmək istəyirik”, – nazirlik nümayəndəsi deyib.
