34
Gürcüstanın vitse-premyeri Mamuka Mdinaradze tutduğu vəzifəni tərk etdiyini və ümumiyyətlə siyasətdən getdiyini açıqlayıb.
Ucnoqta.az xəbər verir ki, Mdinaradze brifinq zamanı deyib.
“Mən tutduğum vəzifəni, ümumiyyətlə isə siyasəti tərk etmək qərarına gəldim. ‘Gürcü Arzusu’ komandası ilə birlikdə işləmək mənim üçün xoşbəxtlik idi”, – o, deyib.
Mdinaradze siyasətdən getmək təşəbbüsünün özünə məxsus olduğunu bildirib. Onun sözlərinə görə, bu məsələni bir neçə həftə ərzində Gürcüstanın Baş naziri və hakim “Gürcü Arzusu” partiyasının sədri İrakli Kobaxidze, həmçinin partiyanın fəxri sədri Bidzina İvanişvili ilə müzakirə edib.
