Nepalda güclü daşqından sonra 910 nəfərin itkin düşdüyü bildirilir. Təxminən 1 500 nəfər isə xilas edilib.
Ucnoqta.az xəbər verir ki, bu barədə ölkənin Risklərin Azaldılması və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə Milli İdarəsi məlumat yayıb.
Məlumata görə, itkin düşənlər arasında 28 polis əməkdaşı, 57 hərbçi və 517 xarici turist var. Daşqın nəticəsində 73 nəfərin yaralandığı qeyd olunur.
Xilasetmə əməliyyatlarına ümumilikdə 17 295 nəfər cəlb edilib. Onlardan 716 nəfər hava yolu ilə, 756 nəfər isə quru yolu ilə təhlükəsiz əraziyə çıxarılıb.
Fəlakət bölgəsinə ərzaq və digər zəruri ləvazimatların daxil olduğu 10 yük maşını humanitar yardım göndərilib. Əraziyə peyk rabitəsi qurulub, ərzaq və dərmanların çatdırılması üçün dörd helikopter reysi həyata keçirilib.
