35
Rusiyanın Amur vilayətindəki Amur Qaz-Kimya Kompleksində baş verən yanğın nəticəsində 104 əməkdaş xəsarət alıb.
Ucnoqta.az xəbər verir ki, məlumata görə, xəsarət alanlardan 19 nəfər orta və ağır dərəcəli yaralanmalarla xəstəxanaya yerləşdirilib.
Bildirilir ki, Çin vətəndaşı həlak olub.
Amur vilayətinə Rusiyanın aparıcı tibb müəssisələrindən mütəxəssislərin daxil olduğu “Fəlakət Təbabəti” xüsusi təyyarəsinin göndərilməsi hazırlanır.
