27
Qazaxıstanın ən böyük neft emalı müəssisələrindən biri olan Atırau Neft Emalı Zavodunun (ANPZ) ərazisində yanğın baş verib.
Ucnoqta.az xəbər verir ki, Atırau şəhərinin Atyrauoil informasiya portalının məlumatına görə, zavodun ərazisində açıq alov müşahidə olunub və ətrafa sıx tüstü yayılıb. Hadisə yerinə yanğınsöndürənlər cəlb edilib.
Hazırda yanğının səbəbi, əhatə etdiyi ərazi və xəsarət alanların olub-olmaması barədə rəsmi məlumat açıqlanmayıb.
ANPZ Qazaxıstanın ən böyük neft emalı müəssisələrindən biridir və ölkənin Rusiya ilə həmsərhəd Atırau vilayətinin inzibati mərkəzində yerləşir.
