33
Yaponiyanın qərbində uşaq bağçasında alma yeyərkən boğulan 8 aylıq Kosi Tamura üç ildir komadadır.
Ucnoqta.az xəbər verir ki, Kyodo agentliyinin məlumatına görə, hadisə 2023-cü ilin mayında baş verib. Tamura alma parçasını uda bilməyib, nəticədə boğulub və ürəyi dayanıb. Həkimlər körpəni vaxtında reanimasiya edə bilməyib və bu, beyinin ciddi zədələnməsinə səbəb olub.
Körpə yeddi aydan çox xəstəxanada süni həyat dəstəyi ilə müalicə olunub. Hadisədən üç il sonra da Tamura komadadır və evdə onun qayğısına valideynləri və tibb işçiləri gecə-gündüz qalırlar.
