2022-ci il fevralın 24-dən etibarən Rusiya ordusunun təxminən 1 milyon 479 min 300 hərbçisi öldürülüb və ya yaralanıb.
Ucnoqta.az xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, son sutkada 1 230 rusiyalı hərbçi zərərsizləşdirilib. Həmçinin 9 zirehli döyüş maşını, 10 yerüstü robot kompleksi, 48 artilleriya sistemi və digər hərbi texnika məhv edilib.
Baş Qərargahın 25 avqust 2026-cı il tarixinə olan məlumatına görə, Rusiyanın ümumi itkiləri təxminən belədir:
1 479 300 hərbçi (+1 230)
12 293 tank (+0)
25 220 zirehli döyüş maşını (+9)
48 567 artilleriya sistemi (+48)
2 058 reaktiv yaylım atəşi sistemi (+2)
1 587 hava hücumundan müdafiə sistemi (+1)
440 təyyarə (+0)
354 helikopter (+0)
2 378 yerüstü robot kompleksi (+10)
479 882 operativ-taktiki PUA (+1 555)
5 052 qanadlı raket (+0)
35 gəmi və kater (+0)
2 sualtı qayıq (+0)
139 221 avtomobil və yanacaq çəni (+448)
4 582 xüsusi texnika (+7)
