72
28 May metrostansiyası ərazisində M1 ekspress avtobusunun dayanacağı dəyişdirilib.
Ucnoqta.az xəbər verir ki, lakin dayanacağın yerinin dəyişdirilməsi ilə bağlı sərnişinlərə əvvəlcədən məlumat verilməyib.
Ərazidə sərnişinləri istiqamətləndirən könüllülərin də olmaması vəziyyəti daha da çətinləşdirib. Nəticədə bəzi sərnişinlər M1 avtobusunun yeni dayanacağını tapmaqda çətinlik çəkiblər.
Əldə etdiyimiz məlumata görə, M1 ekspress avtobusunun dayanacağı bu gündən başqa ünvanda (LC Waikiki mağazasının qarşısı
) olacaq.
