24
Avqustun 24-də Gürcüstanda 2,9 maqnitudalı zəlzələ baş verib.
Ucnoqta.az xəbər verir ki, zəlzələ yerli vaxtla saat 18:04-də qeydə alınıb. Zəlzələnin episentri Gürcüstanın Dmanisi şəhərindən 13 kilometr qərbdə, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.
Episentrə yaxın ərazidə yeraltı təkanların gücü 4 bal təşkil edib.
