24
Pakistan hökuməti keçmiş baş nazir İmran Xanın həbsxanadan xəstəxanaya köçürülməsi barədə Ali Məhkəmənin qərarından apellyasiya şikayəti verməyi planlaşdırır.
Ucnoqta.az xəbər verir ki, bu barədə ölkənin ədliyyə və qanunvericilik naziri Azam Nazir Tarar bildirib.
Nazirin sözlərinə görə, məhkəmənin qərarı qanunvericiliyin tələblərinə uyğun deyil. Hökumət qərarın yenidən nəzərdən keçirilməsi və dəyişdirilməsi üçün məhkəməyə müraciət edəcək.
Tarar qeyd edib ki, qanunvericiliyə əsasən, məhbus müalicəni ya cəzaçəkmə müəssisəsində, ya da dövlət xəstəxanasında almalıdır. O, həmçinin qərarın Pakistanın bütövlükdə penitensiar sisteminə təsir göstərə biləcəyini vurğulayıb.
