Bəzən bahalı və zövqlə seçilmiş geyim belə görünüşü daha ağır və yorğun göstərə bilər.
Ucnoqta.az bildirir ki, dizayner Andre Tan bunun səbəbinin yaş deyil, geyim və stil seçimi ilə bağlı bəzi səhvlər ola biləcəyini bildirir.
Onun fikrincə, əsas səhvlər bunlardır:
Üz nahiyəsində kəskin kontrast – çox tünd rənglər üz cizgilərini sərtləşdirə bilər. Daha isti və açıq tonlar görünüşə təravət qatır.
Həddindən artıq ideal görünüş – bütün detalları mükəmməl şəkildə uyğunlaşdırmaq obrazı ağır və rəsmi göstərə bilər. Daha rahat üslub müasir görünür.
Vurğuların olmaması – yalnız klassik və sadə geyimlərdən istifadə diqqəti üzə yönəldə bilər. Maraqlı sırğalar, çanta və ya ayaqqabı obrazı canlandıra bilər.
Həddindən artıq qapalı siluet – boyun, biləklər və topuqların eyni vaxtda örtülməsi geyimi daha ağır göstərə bilər.
Köhnəlmiş stilizasiya – müasir geyimləri illər əvvəlki tərzdə kombin etmək obrazı köhnə göstərə bilər. Geyimə fərdi və müasir elementlər əlavə etmək tövsiyə olunur.
