Kolumbiya Prezidenti Abelardo de la Espriella dağıdıcı zəlzələnin nəticələrinin aradan qaldırılması məqsədilə iqtisadi sahədə fövqəladə vəziyyət rejiminin tətbiq olunduğunu açıqlayıb.
Ucnoqta.az xəbər verir ki, prezident mətbuat konfransında bildirib.
Dövlət başçısının sözlərinə görə, hakimiyyət orqanları zəlzələdən zərər çəkmiş xəstəxanaların, təhsil müəssisələrinin, binaların, yolların və hava limanlarının bərpası üçün, o cümlədən xaricdən daxil olan ianələri toplayacaq fond yaradacaq.
O əlavə edib ki, fövqəladə vəziyyət çərçivəsində iqtisadiyyatın canlandırılması, investisiyaların stimullaşdırılması, layihələrin həyata keçirilməsinə maneələrin aradan qaldırılması və zərərçəkmiş ərazilərdə yeni iş yerlərinin yaradılması istiqamətində tədbirlər də görüləcək.
