İran İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) baş komandanının müşaviri, briqada generalı Məhəmməd Rza Nəqdi bildirib ki, ABŞ İrana qarşı nüvə silahından istifadə edərsə, dünyadakı Amerika hərbi bazaları ələ keçirilə bilər.
Ucnoqta.az xəbər verir ki, o, PBS telekanalına müsahibəsində Vaşinqtonun belə bir addımının ABŞ üçün ciddi nəticələrə səbəb olacağını deyib.
Generalın sözlərinə görə, nüvə silahının tətbiqindən sonrakı səhər ABŞ-ın bütün dünyadakı hərbi bazaları ələ keçiriləcək. O, hazırkı vəziyyətin İkinci Dünya müharibəsi dövründən fərqli olduğunu və “dünya xalqlarının oyandığını” bildirib.
Nəqdi ABŞ bazalarının məhz İran hərbçiləri tərəfindən, yoxsa digər qüvvələrin dəstəyi ilə ələ keçiriləcəyini açıqlamayıb.
İranda nüvə silahının yaradılması ehtimalına da toxunan İİKK nümayəndəsi ölkəsinin nüvə bombalarına ehtiyac duymadığını bildirib.
