35
ABŞ-ın vitse-prezidenti Cey Di Vens Vaşinqtonun Kiyevdən Xəzər Boru Kəməri Konsorsiumunun (CPC) neft infrastrukturuna zərbələri dayandırmaq tələbini şəxsən Ukrayna Prezidenti Volodimir Zelenskiyə çatdırıb.
Ucnoqta.az xəbər verir ki, Financial Times (FT) qəzetinin mənbələrə istinadən yaydığı məlumata görə, Vens bu tələbi iyulun 31-də Zelenski ilə telefon danışığı zamanı səsləndirib. Nəşr yazır ki, həmin vaxtdan etibarən konsorsiumun obyektlərinə belə hücumlar qeydə alınmayıb.
Digər mənbənin sözlərinə görə, Kiyev Vaşinqtonun tələbini qəbul edib. Bunun səbəbi Ukraynanın ABŞ-dan “Patriot” hava hücumundan müdafiə sistemləri üçün raket-məsnədlərin istehsalına lisenziya almaq istəməsidir.
