26
Ermənistanda məhkəmə müxalifətdə olan Qaqik Tsarukyanın sahibi olduğu “Multi Group” konserninin sabiq baş direktoru və direktorlar şurasının sədri Sedrak Arustamyan barəsində iki aylıq həbs qətimkan tədbiri seçib.
Ucnoqta.az xəbər verir ki, bu barədə TASS agentliyinə Prosperous Armenia Partiyasının mətbuat katibi İveta Tonoyan məlumat verib.
Onun sözlərinə görə, Sedrak Arustamyan iki ay müddətinə həbs edilib.
Bildirilir ki, həbs qərarı “Multi Group” konserninin sahibi və “Çiçəklənən Ermənistan” Partiyasının lideri Qaqik Tsarukyana qarşı açılmış cinayət işi çərçivəsində qəbul olunub.
