Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı baş tutub.
Ucnoqta.az xəbər verir ki, tərəflər Vaşinqton və Tehran arasında gərginliyin azaldılması, eləcə də mövqelərin yaxınlaşdırılması istiqamətində görülən diplomatik səyləri müzakirə ediblər.
Qətər Əmirinin Ofisinin yaydığı məlumata görə, danışıq zamanı davamlı diplomatik həll imkanlarının artırılması və regional təhlükəsizliyin möhkəmləndirilməsi məsələlərinə toxunulub. Donald Tramp Dohanın dialoqu dəstəkləmək istiqamətində oynadığı rolu yüksək qiymətləndirib.
Şeyx Təmim isə ABŞ və İran arasında imzalanmış qarşılıqlı anlaşma memorandumunun bütün tərəflər tərəfindən yerinə yetirilməsinin və gərginliyin azaldılmasına yönəlmiş beynəlxalq təşəbbüslərin dəstəklənməsinin vacibliyini vurğulayıb. Tərəflər həmçinin regional və beynəlxalq məsələlər üzrə koordinasiyanın davam etdirilməsinin əhəmiyyətini təsdiqləyiblər.
