39
Səudiyyə Ərəbistanı “Ənsar Allah” hərəkatının husi qruplaşması ilə münaqişənin genişlənməsinin qarşısını almaq məqsədilə Oman vasitəçilərinin iştirakı ilə danışıqlar aparır.
Ucnoqta.az xəbər verir ki, Bloomberg-in məlumatına görə, Ər-Riyad eyni zamanda danışıqların nəticəsiz qalacağı halda hərbi ssenariyə də hazırlaşır.
ABŞ rəsmiləri isə Səudiyyə Ərəbistanını husilərin Qırmızı dənizdə gəmilərə hücumlarına genişmiqyaslı hərbi əməliyyatlarla cavab verməməyə çağırıb. Vaşinqton hesab edir ki, eskalasiya beynəlxalq gəmiçiliyə və enerji bazarlarına mənfi təsir göstərə, həmçinin Ər-Riyadı İranla qarşıdurmaya daha da cəlb edə bilər.
