27
Sumqayıt şəhərinin bəzi ərazilərində qaz təchizatı müvəqqəti dayandırılacaq.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Azəriqaz” İB Sumqayıt QİS-dən məlumat verilib.
Məlumata görə, şəhərin Yaşıldərə yaşayış massivi ərazisindən keçən d89 mm-lik qaz xəttində aşkar olunan sızmaların aradan qaldırılması üçün təmir işləri aparılacaq.
Bununla əlaqədar saat 14:00-dan etibarən, həmin yaşayış massivində ümumilikdə 1000 abonentin qaz təchizatında fasilə yaranacaq.
Qazın verilişi işlər başa çatdıqdan sonra mərhələli şəkildə bərpa ediləcək.
