41
Azərbaycanda bir sıra təhsil müəssisələrində əsaslı təmir və yenilənmə işlərinin həyata keçirilməsi planlaşdırılır.
Ucnoqta.az xəbər verir ki, bu məqsədlə Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi tərəfindən müvafiq işlərə başlanılıb.
Layihənin ilkin dəyərinin 9 milyon 455 min manat olacağı gözlənilir.
Təmir çərçivəsində məktəb binalarının yenilənməsi, infrastrukturun yaxşılaşdırılması və şagirdlər üçün daha müasir tədris şəraitinin yaradılması nəzərdə tutulur.
