38
Ölkələrin UEFA reytinqi açıqlanıb.
Ucnoqta.az xəbər verir ki, ötən gün avrokuboklarda 2-ci təsnifat mərhələsinin oyunlarında qeydə alınan nəticələrdən sonra Azərbaycan əmsallar cədvəlində xal ehtiyatını 21.187-yə artırıb.
Dünən meydana çıxan 3 komandamızdan heç biri mərhələ adlaya bilməsə də, həm “Neftçi”, həm “Qarabağ”, həm də “Zirə” reytinq əldə edib.
Qitə sıralamasında 26-cı yerdə olan Azərbaycanın mövqeyi dünənki oyunlardan sonra dəyişməyib. Ən yaxın izləyicimiz Skovakiyanın xal ehtiyatı 19,875-ə bərabərdir. Bir pillə öndə – 25-ci yerdə qərarlaşmış İsrailin isə 22.125 xalı var.
55 ölkənin yer aldığı əmsallar cədvəlinə İngiltərə (101.852) başçılıq edir.
