72
Qarabağ Universiteti 2026/2027-ci tədris ili üzrə bakalavriat səviyyəsinə qəbul üçün minimal keçid ballarını açıqlayıb.
Ucnoqta.az xəbər verir ki, ən yüksək minimal bal Tibb və Hüquqşünaslıq ixtisaslarında müəyyən edilib – 600 bal. Stomatologiya üzrə keçid balı 550, bir sıra mühəndislik və Psixologiya ixtisaslarında 450, kompüter və iqtisadiyyat istiqamətlərinin əksəriyyətində 400, müəllimlik və bəzi digər ixtisaslarda 350, Turizm işinin təşkili ixtisasında isə 250 bal təşkil edir.
Mühəndislik ixtisaslarına dövlət sifarişi ilə qəbul olunan tələbələr həm Qarabağ Universitetinin, həm də İstanbul Texniki Universitetinin ikili diplomunu əldə etmək imkanı qazanacaqlar.
