33
Nigar Camal əməliyyat olunub.
Ucnoqta.az xəbər verir ki, bu barədə müğənni sosial şəbəkə hesabında paylaşım edib.
Evdə xəsarət alan müğənni vəziyyətinin nəzarət altında olduğunu qeyd edib.
“Bu gün gözlənilmədən evdə xəsarət aldım. Hazırda reabilitasiya prosesindəyəm. Tezliklə ayağa qalxacağam. Köməyimə tez çatan Təcili Tibbi Yardım əməkdaşlarına, əməliyyatımı həyata keçirən həkimlərə və tibb işçilərinə peşəkar davranışlarına görə təşəkkür edirəm”.
Səhhətində yaranan problem ucbatından ifaçı iyulun 31-nə planlaşdırılan konsertini də təxirə salıb. Onun sözlərinə görə, tədbirin yeni tarixi yaxın vaxtlarda bildiriləcək.
Müğənni əlavə edib ki, reabilitasiya prosesi başa çatana qədər digər tədbirlərdə də iştirak edə bilməyəcək.
