36
28 iyulda 7,1 bal gücündə zəlzələnin baş verdiyi Kyuşu adasındakı Kumamoto prefekturasında 95.000-dən çox ev və mənzil susuz qalıb.
Ucnoqta.az xəbər verir ki, Torpaq, İnfrastruktur, Nəqliyyat və Turizm Nazirliyinin rəsmi açıqlamasına görə, qonşu Naqasaki prefekturasında su təchizatı tam bərpa olunub.
Fəlakət bölgəsinə su o cümlədən hərbi hissələr tərəfindən tanker yük maşınları ilə çatdırılır. Xilasetmə əməliyyatlarında 4600 hərbçi iştirak edir.
Yerli hakimiyyət orqanlarının məlumatına görə, Kumamotoda 64 tibb müəssisəsi elektrik enerjisi və susuz qalıb və 14.000-dən çox insanın yaşadığı 415 qaçqın mərkəzi yaradılıb. Onlar əsasən məktəb idman zallarında və digər ictimai obyektlərdə yerləşdirilib.
