29
“Real Madrid” yarımmüdafiəçi Rodrinin İspaniya klubuna transferi ilə bağlı “Mançester Siti” ilə danışıqlara başlayıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano öz sosial şəbəkə səhifəsində məlumat verib.
“Real Madrid” prezidenti Florentino Peres “Qızıl top” mükafatçısının İspaniya klubuna keçməsinə icazə verib. Mənbənin məlumatına görə, komanda oyunçunun transferi üçün 50 milyon avrodan çox pul xərcləməyə hazırdır.
Rodri 2019-cu ildən “Mançester Siti”də oynayır. Onun klubla hazırkı müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədərdir.
