77
Keçmiş dünya çempionu Konstantin Tszyu-nun oğlu Tim Tszyu üç çəki dərəcəsində keçmiş dünya çempionu ABŞ-dan olan Errol Spensi məğlub edib.
Ucnoqta.az xəbər verir ki, Sidneydə keçirilən 72,5 kq çəki dərəcəsində 12 raundluq döyüş Tszyu-nun hakimlərin qərarı ilə qələbəsi ilə başa çatıb.
Bütün hakimlər Tszyunun qələbəsini böyük fərqlə qeyd ediblər: 118:110, 117:111, 117:111.
31 yaşlı Tszyu artıq 28 qələbə (18 nokautla) və üç məğlubiyyətə uğrayıb. O, son yeddi döyüşündə dördüncü qələbəsini qazanıb.
