75
İran ordusu ABŞ-ın Arifcan bazasına və Küveytdəki Əl-Udeyri və Doha düşərgələrinə zərbələr endirmək üçün PUA-lardan istifadə edib.
Ucnoqta.az bildirir ki, bu barədə İran hərbi mətbuat xidməti məlumat verib.
“İran ordusu Ərəş pilotsuz təyyarəsi ilə Əl-Udeyri düşərgəsindəki Amerika terrorçu hərbi texnika anbarlarına, Doha düşərgəsindəki ABŞ hərbi yerləşdirmə məntəqələrinə və Küveytdəki Arifcan bazasındakı düşmən qüvvələrinin yerləşdirmə məntəqələrinə zərbələr endirib”, – İran dövlət radiosu bildirib.
