27
Avropa qazının qiyməti min kubmetr üçün 750 dolları keçib
Ucnoqta.az xəbər evrir ki, Londonda yerləşən ICE birjasının məlumatlarına görə, cümə axşamı ticarət zamanı Avropa qazının qiyməti 19 martdan bəri ilk dəfə min kubmetr üçün 750 dolları keçib.
Niderlanddakı TTF mərkəzində avqust fyuçerslərinin qiyməti min kubmetr üçün təxminən 756 dollara və ya MVt/saat üçün 63.945 avroya yüksəlib (mövcud avro-dollar məzənnəsinə əsasən, ICE qiymətləri MVt/saat üçün avro ilə ifadə olunur).
Günün əvvəlindən bəri qiymət artımı 1%-i keçib.
Bu tendensiya ABŞ və İran arasında Yaxın Şərqdə son gərginləşmə mərhələsi fonunda baş verir.
