Apple şirkəti yeni iPhone 18 Pro və iPhone 18 Pro Max smartfonlarını təqdim edib.
Ucnoqta.az xəbər verir ki, yeni modellərin dizaynı əvvəlki nəsilə bənzəyir və cihazlar alüminium korpusla təchiz olunub. Yeniliklər arasında daha kiçik Face ID modulu və yeni korpus rəngləri var. Smartfonlar gümüşü, qara, mavi və tünd qırmızı rənglərdə satışa çıxarılacaq.
iPhone 18 Pro-da 2 nanometrlik texnologiya ilə hazırlanmış Apple A20 Pro prosessoru quraşdırılıb. Şirkətin məlumatına görə, yeni çip A19 Pro ilə müqayisədə 20–40 faiz daha sürətlidir. Apple həmçinin yeni modelin tarixdə ən uzun batareya ömrünə malik iPhone olduğunu bildirir.
Yeni smartfonların qiyməti də artıb. iPhone 18 Pro 256 GB versiyası 1200 dollardan, iPhone 18 Pro Max isə 1300 dollardan başlayacaq. Müqayisə üçün, iPhone 17 Pro və Pro Max modellərinin analoji versiyaları müvafiq olaraq 1100 və 1200 dollara satılırdı.
Satışların 18 sentyabrda başlayacağı bildirilib.
Apple yeni iPhone modelləri ilə yanaşı iOS 27 əməliyyat sistemini də təqdim edəcək. Yeni sistemdə təxminən 200 yenilik və təkmilləşdirmənin, o cümlədən daha yüksək işləmə sürəti və yenilənmiş Siri səsli köməkçisinin olacağı açıqlanıb.
