73
Beynəlxalq Futbol Federasiyası (FIFA) Dünya Kuboku zamanı 15 milyard dollardan çox gəlir əldə edəcək.
Ucnoqta.az bildirir ki, bu barədə The Guardian məlumat verib.
Turnirdən əvvəl təşkilat təxminən 11 milyard dollar qazanmağı planlaşdırırdı, lakin bilet satışı, o cümlədən təkrar bazarda bu rəqəmi aşıb.
Mənbənin məlumatına görə, ödənişlərin təfərrüatları hələ dəqiqləşdirilməsə də, futbol assosiasiyaları FİFA-nın maliyyə fondunun genişləndirilməsindən faydalanacaqlar.
Gəlirin artması ABŞ-ın yaxın gələcəkdə daha bir Dünya Kubokuna ev sahibliyi etmək şansını artıra bilər. Tramp əvvəllər ölkənin Dünya Kubokuna namizəd olmaq niyyətini açıqlamışdı. ABŞ-ın vəsiqə qazana biləcəyi növbəti turnir 2038-ci il Dünya Kubokudur.
