Cümə, Oktyabr 23 2026 - Bakı, Azərbaycan
  • Ana səhifə
  • Bütün xəbərlər
  • Siyasət
  • Ölkə içi
  • İqtisadiyyat
  • Dünya
  • Cəmiyyət
    • Hadisə
    • Sağlamlıq
    • Media
    • Müsahibə
    • Maraqlı
    • Avto
    • Digər
  • Mədəniyyət
    • Maqazin
    • Ədəbiyyat
  • İdman
  • Haqqımızda
    • Əlaqə
Ucnoqta.az
XƏBƏRİ BİZDƏN OXUYUN...
ANA SƏHİFƏ BÜTÜN XƏBƏRLƏRCƏMİYYƏTDİM məlumat yaydı:
CƏMİYYƏT

DİM məlumat yaydı:

tərəfindən redaktor 04.05.2026 / 11:07
04.05.2026 / 11:07
A+A-
Sıfırla
131

Ali məktəbə qəbul olmaq istəyən subbakalavrların qeydiyyatı başlayıb, elektron ərizələrin qəbulu 2 avqust 2026-cı il tarixinədək internet vasitəsilə aparılır.

Bu barədə Ucnoqta.az-a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

Subbakalavrlar Dövlət İmtahan Mərkəzinin internet saytının ekabinet.dim.gov.az səhifə­sin­də "Şəxsi kabinet" yaratdıqdan (kabineti olmayanlar) sonra şəxsi kabi­netinin istifadəçi adı və parolundan istifadə etmək­lə DİM-in mü­va­fiq internet səhifəsinə daxil olub "Subbakalavrın elektron ərizəsi" formasını təsdiq edirlər.

Subbakalavra aid təhsil məlumatları "Tələbə-Məzun" dövlət elektron məlumat sistemindən avtomatik əldə olunur.

Bu məlumatları tam olmayan subbakalavrlar elektron ərizəsinə daxil olub "Yadda saxla" düyməsini basdıqdan sonra bitirdiyi orta ixtisas təhsili müəssisəsinə avtomatik elektron sorğu göndəriləcək. Tələb olunan məlumatlar orta ixtisas təhsili müəssisəsinin məsul şəxsləri tərəfindən sistemə yerləşdirildikdən sonra subbakalavrın şəxsi kabinetində qeyd etdiyi nömrəyə "sms" xəbərdarlıq gələcək. Xəbərdarlıq gəldikdən sonra subbakalavrlar elektron ərizəni təsdiq etməlidirlər. Təhsil müəssisələri sistemə daxil edilmiş bu məlumatların həqiqiliyinə görə məsuliyyət daşıyır.

Xatırladaq ki, "Şəxsi kabinet"ində qeyd olunan mobil telefon nömrəsi subbakalavrın özünə məxsus deyilsə və ya nömrə dəyişilibsə, həmin subbakalavr "Şəxsi kabinet"dəki "Əlaqə məlumatları" bölməsində mobil telefon nömrəsinə düzəliş etməlidir.

Qeyd olunan tarixlərdə ərizəsini təsdiq etməyən subbakalavrlar müsabiqəyə buraxılmayacaqlar.

Müsabiqədə iştirak ödənişsizdir.

1996-2008-ci il təvəllüdlü (30.04.2008-ci il tarixinədək anadan olmuş) 30 yaşınadək olan kişi cinsli subbakalavrın elektron ərizələrinin təsdiqi üçün onların ya müddətli həqiqi hərbi xidmət keçməsi, ya çağırışdan möhlət hüququnun olması (təhsilə görə verilmiş möhlət istisna olmaqla), ya çağırışdan azad edilməsi və ya müddətli həqiqi hərbi xidmətə çağırılmama və ya müvəqqəti çağırılmaması barədə məlumat Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) vahid elektron informasiya sistemində əks olunmalıdır.

30.04.2008-ci il tarixindən sonra doğulmuş və ya 30 yaşı tamam olmuş subbakalavrların elektron ərizələri SHXÇDX-in vahid elektron informasiya sisteminə sorğu verilmədən təsdiq edilir. Hərbi qeydiy­yatın aparıl­ması Azərbaycan Respub­likasının SHXÇDX tərəfindən təsdiq edilən qaydalarla tənzimlənir.

Qeyd edək ki, qəbul imtahanlarında iştirak etmədən ali təhsil müəssisələrinə qəbul olmaq istəyən subbakalavrlar cari ildə imtahan verərək ali təhsil müəssisələrinin müsabiqəsində iştirak etmək istəyən abituriyentlərlə eyni vaxtda (tarixlər elan olunacaq) ixtisas seçimində (müsabiqədə) iştirak edəcəklər.

Paylaş 0 FacebookTwitterPinterestWhatsappTelegramCopy LinkOpenAIChatGPTEmail
Əvvəlki yazı
Xaçmazda 39 yaşlı kişi özünü asıb
Sonrakı yazı
DTX-nin tutduğu şəxsə

Digər yazılar

BDYPİ-dən piyadalara azyaşlılarla bağlı çağırış

23.10.2026 / 10:44

“Təhsilli qızlar təhsilli analardır” – Nazir

22.10.2026 / 18:55

Sosial ödəniş alanların nəzərinə: Oktyabrın 23-də …

22.10.2026 / 11:52

Azərbaycana gələn əcnəbilərin sayı 6 faiz azalıb

22.10.2026 / 10:23

Məktəblərdə TikTok-a məhdudiyyət qoyuldu – 200-dən çox …

21.10.2026 / 12:27

“Burada meydana girmək olmaz!” – “Borussiya” BOS-a istehza etdi

21.10.2026 / 11:49

Sürücülərin nəzərinə: 800 manat cərimələnə bilərsiniz

21.10.2026 / 10:16

Sumqayıtda 21 şagirdin zəhərlənməsinin səbəbi məlum olub

20.10.2026 / 15:29

Xidmət yerini özbaşına tərk edən hərbçilər həbs oluna bilər

20.10.2026 / 12:35

XƏBƏR LENTİ

  • Polşa ABŞ-ın hərbi bazasının tikintisinə 3,8 milyard dollar ayıracaq

    23.10.2026 / 21:52
  • Göygöldə ustanın meyiti təmir etdiyi evdə tapıldı

    23.10.2026 / 21:50
  • Hörmüz boğazı ABŞ-ın nəzarətində qalacaq – Tramp

    23.10.2026 / 20:08
  • Köçəryanın həbs müddəti daha iki ay uzadılıb

    23.10.2026 / 20:06
  • Bütün sosial müavinətlər ödənildi

    23.10.2026 / 20:02
  • DİM buraxılış və qəbul imtahanları ilə bağlı məlumat yaydı

    23.10.2026 / 17:42
  • Dənizdə batmaq təhlükəsi ilə üzləşən şəxs xilas edildi

    23.10.2026 / 16:53
  • Zaur Rzayevin vəziyyəti açıqlandı

    23.10.2026 / 16:29
  • İtaliya sahillərində 5,7 bal gücündə zəlzələ baş verib

    23.10.2026 / 15:57
  • Niderland səfirliyi etirazlara görə bağlandı

    23.10.2026 / 15:56
  • Salyanda ağır qəza – Ölən və yaralananlar var

    23.10.2026 / 15:53
  • Bakı, Gəncə və Sumqayıtda əməliyyat: Saxlanılanlar var

    23.10.2026 / 15:43
  • Cəlilabadda ovçuluq təsərrüfatında güclü yanğın başladı

    23.10.2026 / 15:27
  • Rusiya və Ukrayna 270 hərbi əsiri dəyişdirdi

    23.10.2026 / 14:56
  • İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib

    23.10.2026 / 14:51
Daha çox yazı yükləyin
  • Facebook
  • Twitter
  • Instagram
  • Linkedin
  • Youtube
  • Telegram
  • Tiktok

Ucnoqta.az @2026 - All Right Reserved


Yuxarı qalx
Ucnoqta.az
  • Ana səhifə
  • Bütün xəbərlər
  • Siyasət
  • Ölkə içi
  • İqtisadiyyat
  • Dünya
  • Cəmiyyət
    • Hadisə
    • Sağlamlıq
    • Media
    • Müsahibə
    • Maraqlı
    • Avto
    • Digər
  • Mədəniyyət
    • Maqazin
    • Ədəbiyyat
  • İdman
  • Haqqımızda
    • Əlaqə

Həmçinin oxuyunx

BDYPİ-dən piyadalara azyaşlılarla bağlı çağırış

23.10.2026 / 10:44

“Təhsilli qızlar təhsilli analardır” – Nazir

22.10.2026 / 18:55

Sosial ödəniş alanların nəzərinə: Oktyabrın 23-də …

22.10.2026 / 11:52

Azərbaycana gələn əcnəbilərin sayı 6 faiz azalıb

22.10.2026 / 10:23

Məktəblərdə TikTok-a məhdudiyyət qoyuldu – 200-dən çox …

21.10.2026 / 12:27