0
Amerikalı milyarder İlon Mask “WhatsApp” messencerinə etibar edilməməsi ilə bağlı fikir bildirib.
Ucnoqta.az xəbər verir ki, ş adamı bununla bağlı özünün Twitter sosial şəbəkəsində yazıb . Belə ki, Mask başqa bir istifadəçinin sualına cavab olaraq bildirib ki o, yatarkən proqram bir neçə dəfə mikrofondan istifadə edilib.
"WhatsApp-a etibar etmək olmaz" – deyə iş adamı yazıb.
O, həmçinin tətbiqin Meta şirkətinə aid olduğu mesajına cavab olaraq qeyd edib ki, "WhatsApp"ın təsisçiləri onu ikrah hissi ilə tərk edib və "Facebook"a qarşı kampaniyaya başlayıblar.
Maskın sözlərinə görə, onlar Facebook haqqında öyrəndikləri və messencerdə edilən dəyişikliklərdən narahat olublar.
