0
79 yaşlı Robert De Niro yeddinci dəfə ata olub
Ucnoqta.az xəbər verir ki, aktyor Robert De Niro "ET Canada"ya açıqlamasında yeddinci dəfə ata olduğunu deyib. O, aktyorun altı övladı olduğunu deyən jurnalistə düzəliş edib.
"Yeddi, əslində. Mənim yenicə uşağım oldu" -79 yaşlı de Niro deyib.
Aktyorun nümayəndəsi bu məlumatı təsdiqləyib. Lakin uşağın anasının kimliyi açıqlanmır. Məlumdur ki, de Niro 20 illik evliliyindən sonra ikinci həyat yoldaşından 2018-ci ildə boşanıb.
De Niro etiraf edib ki, o, sevən valideyn olmağa çalışır, lakin bəzən sərt olmaq məcburiyyətindədir.
Aktyor Robert De Niro iki dəfə evlənib.
