1
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi noyabrın 10-u saat 21 radələrində Gəncə şəhərinin Nizami rayonu ərazisində əri tərəfindən gözləri çıxarılan qadının son vəziyyəti barədə açıqlama verib.
TƏBİB-dən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, 1982-ci il təvəllüdlü Hüsniyyə Quliyeva 10.11.2022-ci il tarixində saat 10:00 radələrində koma vəziyyətində Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxanaya daxil olub:
“Ona zəruri tibbi xidmət göstərilib. Hazırda tibb müəssisəsinin reanimasiya şöbəsində müalicəsi davam edir. Yaxın günlərdə gözlərinin amputasiya edilməsi nəzərdə tutulub”.
