37
Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində vakant olan inzibati-təsərrüfat və tədris-köməkçi vəzifələr üzrə işə qəbul müsabiqəsinə start verilir.
Ucnoqta.az xəbər verir ki, müsabiqə təsərrüfat işləri üzrə direktor müavini, təsərrüfat müdiri, uşaq birliyi təşkilatı rəhbəri, kitabxana müdiri, gənclərin çağırışaqədərki hazırlığı rəhbəri, psixoloq və katibə vəzifələrini əhatə edir.
Müsabiqə iki mərhələdən – sənəd qəbulu və test imtahanından ibarət olacaq. Müsabiqədə iştirak etmək istəyən namizədlər elan olunmuş vakant vəzifələrdən yalnız biri üzrə qeydiyyatdan keçə bilərlər. İxtisas tələbi müəyyən edilmiş vəzifələr üzrə isə yalnız müvafiq tələblərə cavab verən namizədlərin qeydiyyatdan keçməsi tələb olunur.
Qeydiyyat 17 avqust 2026-cı il tarixindən 21 avqust 2026-cı il saat 18:00-dək davam edəcək.
Namizədlər qeydiyyatdan keçmək üçün aşağıdakı linkdən istifadə edə bilərlər:
Qeydiyyat linki: https://forms.gle/5AtJPxVFHg4iZkBf9
Test imtahanının keçirilmə tarixi və yeri barədə məlumat namizədlərin qeydiyyat zamanı təqdim etdikləri mobil telefon nömrələrinə SMS vasitəsilə göndəriləcək. Eyni zamanda, müvafiq məlumat Mil-Muğan Regional Təhsil İdarəsinin rəsmi “Facebook” səhifəsində paylaşılacaq.
Test mərhələsində namizədlərə ümumilikdə 60 sual təqdim olunacaq. Suallar aşağıdakı istiqamətlər üzrə bölüşdürüləcək:
vəzifə bilikləri üzrə – 30 sual;
qanunvericilik üzrə – 15 sual;
informasiya-kommunikasiya texnologiyaları üzrə – 15 sual.
Hər bir düzgün cavab 1 balla qiymətləndiriləcək. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərməyəcək. Test imtahanında 30 və daha yüksək bal toplayan namizədlər imtahandan uğurla keçmiş hesab olunacaqlar. Sualları cavablandırmaq üçün namzədlərə 120 dəqiqə vaxt veriləcək.
Müsabiqənin nəticələrindən narazı qalan namizədlər nəticələr elan edildikdən sonra 3 iş günü müddətində apellyasiya müraciəti edə bilərlər.
Gənclərin çağırışaqədərki hazırlığı rəhbəri vəzifəsi üzrə namizədlərə VTİSK-də nəzərdə tutulan ixtisas tələbləri və dərəcələr üzrə müəyyən edilmiş ardıcıllıqla üstünlük veriləcək. Müsabiqədən uğurla keçən, lakin vakant vəzifəyə yerləşdirilməyən namizədlər cari tədris ilinin sonunadək ehtiyat kadrlar siyahısında saxlanılacaqlar. Vakant vəzifəyə yerləşdirilməsi nəzərdə tutulan namizəd ona təklif edilən vəzifədən imtina etdiyi halda, müvafiq təlimata uyğun olaraq ehtiyat kadrlar siyahısından çıxarılacaq.
Qeydiyyat zamanı tələb olunan sənədlər:
Şəxsiyyət vəsiqəsinin surəti;
Təhsil haqqında sənədin surəti;
Əmək kitabçasının surəti (olduğu halda);
Namizədi xarakterizə edən əlavə sənədlər (sertifikat, diplom və s.) – istəyə bağlıdır.
Sənədlər skan edilmiş formada qeydiyyat linkində müvafiq bölməyə yüklənməlidir.
Gənclərin çağırışaqədərki hazırlığı rəhbəri vəzifəsinə müraciət edən namizədlər qeydiyyat zamanı hərbi biletin surətini də qeydiyyat sisteminə yükləməlidirlər.
Eyni vakant yer üzrə iki və ya daha çox namizəd eyni bal topladığı halda aşağıdakı ardıcıllıqla üstünlük veriləcək:
Təhsil səviyyəsi daha yüksək olan namizədə;
İş stajı daha çox olan namizədə;
Təhsil müəssisəsinə daha yaxın ərazidə yaşayan namizədə.
Vakant vəzifələrə keçid etmək üçün aşağıdakı linkdən istifadə edə bilərsiniz:
Vəzifələr üzrə ixtisas tələbləri ilə tanış olmaq üçün müvafiq linkə keçid edə bilərsiniz:
