0
Bu gün milli komandamız UEFA Millətlər Liqasının 2022/23 mövsümündə son matçına çıxıb.
Ucnoqta.az xəbər verir ki, C liqasının 3-cü qrupunda yer alan Canni De Byazinin komandası 6-cı turda Qazaxıstanı qəbul edib.
Qarşılaşma Azərbaycan millisinin 3:0 qələbəsi ilə yekunlaşıb. Bu qələbə ilə milli komanda 10 xal yğaraq qrup ikincisi olub.
25 sentyabr
Millətlər Liqası, 6-cı tur
C liqası, 3-cü qrup
20:00. Azərbaycan – Qazaxıstan – 3:0
Qol: Aleksandr Maroçkin, 67-avtoqol, Filip Ozobiç, 74, Anatoli Nuriyev, 90+1
Qırmızı vərəqə: Nuralı Alip, 35 (Qazaxıstan)
Baş hakim: Harm Osmers
Bakı. “Dalğa Arena”
