31
Lənkəran rayonunun Osaküçə kəndi istiqamətində açıq ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən qısa müddətdə söndürülüb.
FHN-in məlumatına görə, yanğının yayılma riskinin yüksək olmasına baxmayaraq, alovun genişlənməsinə imkan verilməyib.
Xatırladaq ki, yanğınla bağlı daxil olan məlumatdan dərhal sonra əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin, həmçinin Cənub Regional Mərkəzinin qüvvələri cəlb olunmuşdu. Yanğın sonradan tam söndürülüb.
