33
ABŞ-ın Apple şirkəti Böyük Britaniya hökumətinin istifadəçilərin şifrələnmiş məlumatlarına çıxış əldə etmək cəhdinə görə məhkəməyə müraciət edib.
Ucnoqta.az xəbər verir ki, Financial Times qəzetinin məlumatına görə, şirkət şikayətini dövlət qurumlarının vətəndaşlara nəzarət fəaliyyəti ilə bağlı iddiaları araşdıran xüsusi Britaniya tribunalına təqdim edib.
İddiaya əsasən, Böyük Britaniya hökuməti “Apple”dan ölkə istifadəçilərinə məxsus şifrələnmiş bulud ehtiyat nüsxələrinə (cloud backup) çıxış təmin etməyi tələb edib.
Şirkətin bu tələbin qanuniliyinə etiraz etdiyi və məsələ ilə bağlı hüquqi mübarizəyə başladığı bildirilir.
