0
Ukrayna Silahlı Qüvvələrinin snayper atəşi nəticəsində özünü Luqansk Xalq Respublikası elan edən Xalq Milislərinin əməkdaşı həlak olub.
Bu barədə Atəşkəs Rejiminə Birgə Nəzarət və Koordinasiya Mərkəzindəki nümayəndəlikdən bildirilib.
LPR-nin məlumata görə, hadisə 18 günlük sükutdan sonra baş verib: "Saat 15:00-da Ukraynanın silahlı birləşmələri Orexovo qəsəbəsi istiqamətindən (Kiyevin nəzarəti altındadır, – red.) Qolubovskoye qəsəbəsi istiqamətində (LPR-nin nəzarəti altında, – red.) snayper atəşi açıb. Nəticədə LXR Xalq Milislərinin hərbçisi həlak olub".///unikal
