"Hazırda insanların beyininə yeridilir ki, güya koronavirusun “Delta” və “Delta-plyus” ştammları daha çox hallarda kəskin mədə-bağırsaq pozğunluğu və diareya törədir. Yəni bu əlamətlər “Delta” və “Delta-plyus” ştammlarına xas olan spesifik əlamətlərdən birincisidir. Odur ki, bu əlamətlər bir kimsə də müşahidə olunarsa, ilk növbədə koronavirusdan şübhələnsin."

Ucnoqta.az xəbər verir ki, bu barədə Tibb elmləri doktoru, professor Musa Qəniyev deyib. Musa Qəniyev qeyd edir ki, indi yay fəslidir: "Bir düşünün, bütün tarixi dövrlərdə yay fəslində ən çox hansı xəstəliklər ön plana çıxır? Təbii ki, mədə-bağırsaq pozğunluğu və diareya ilə müşahidə olunan infeksion və qeyri-infeksion xəstəliklər. O cümlədən, biri dənizdə çiməndə qarnına quzlu su gedir və qarnı ağrıyır, biri yağlı yemək yeyir və günün altında çox qaldığından, qarnı ağrıyır, digəri “slitirli”, yəni tərkibində “nitrat” çox olan qarpız yeyir, qarnı ağrıyır, biri yeməyini qarışdırır və ya yuyulmamış göyərti yeyir və el dilində deyildiyi kimi “panos” olur, yəni qarnı ağrıyır və sair və ilaxirə, yəni səbəblər çoxdur."
Həkim bildirir ki, bunları “Delta” və “Delta-plyus” ştammları ilə əlaqələndirmək sadəcə gülüncdür: "Axı, mədə-bağırsaq pozğunluğunda bu ştammların demək olar ki, heç bir rolu yoxdur, hətta olsa belə, bu yalnız sıfır üstü faiz nisbətindədir.
Unutmaq olmaz ki, bütün bu hallarda baş verən kəskin mədə-bağırsaq pozğunluğu və diareya, yalnız orqanizmin özünüqoruma (virus yükünün orqanizmdən qovulması), yəni kompensator müdafiə reaksiyasıdır. Onu hansısa bir infeksiyaya, o cümlədən Covid -19-un mutant ştammlarına xas olan spesifik və selektiv klinik əlamət hesab etmək olmaz. Digər tərəfdən, Covid-19 və onun bütün mutant ştammları, o cümlədən, “Delta” və ya “Delta-plyus” hüceyrə daxilinə yalnız angiotenzin çevrici ferment reseptorları subtipinə bağlanmaq yolu ilə daxil olur. Onların digər yoluxdurma yolu yoxdur, olmayıbb və ola da bilməz. Çünki bu virus, yalnız reseptor mexanizmlərə bağlanaraq yoluxduran virusdur. Əks halda, onlar koronavirus ailəsi adlandırılmazdı. Cünki taclarında lokalizasiya olunan və qidalı mühüti xatırladan SHCO-14 zülalı, onların bu reseptorlara bağlanaraq, hüceyrələrə yeganə keçid, yəni daxil olma yoludur. Angiotenzin-çevrici ferment reseptorları isə, mədə-bağırsaq traktında mütləq aktiv kəmiyyət nisbətində deyildir. Digər tərəfdən, mədə-bağırsaq traktında bu reseptorların kifayət qədər olduğu bəzi müəlllifər tərəfindən iddia olunsa da, onlar lokalizasiya olunduğu bütün seqmentlərdə, əksər reseptorlara xas olan, kinetik vəziyyətlərinə görə birindən digərinə keçə bilən üç halın: a) açıq-həssas (aktivləşmiş); b) inaktiv (açıq, lakin aktivləşə bilməmək) və c) qapal-supressiv (lakin aktivləşə bilmək), yalnız (b) variantında olur. Odur ki, tək Covid 19 ştammları deyil, bu reseptorlara həssaslıq göstərən istənilən endogen və ya ekzogen amilin, onlara birləşərək, yalnız həmin amilə xas spesifik effekt sayılacaq, mədə-bağırsaq pozğunluğu və ya diareya törətmək ehtimalı belə, yoxdur.
Buna görə də, mədə-bağırsaq pozğunluğu və ya diareya zamanı “deyəsən mən Delta ştammına yoluxmuşam deyə, nəinki düşünməyin, hətta belə şeyi, heç xəyalınıza gətirməyən. Covid-19-u unudun, xoş şeylər haqqında düşünərək, Ulu Tanrının Sizə bəxş etdiyi ömür payını, qayğılarınız çox olsa da belə, qəmsiz, kədərsiz, stressiz və xoş arzularla yaşayın."
