0
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Aparatına yeni rəhbər təyin edilib.
Nazir Rəşad Nəbiyevin əmri ilə bu vəzifəyə Samir Qaçay oğlu Məmmədov gətirilib.
S.Məmmədov bu təyinata qədər “Enginet İnvest” MMC-də direktor vəzifəsində çalışıb.
Xatırladaq ki, yanvarın 26-da nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin olunmuş Rəşad Nəbiyev bir neçə gün öncə nazirlikdə vəzifə tutan bir sıra şəxsləri işdən çıxarıb.///report
