ABŞ-da əvvəlcə Donald Trampa məxsus “Ferrari F430” superkarı auksiona çıxarılacaq. Ucnoqta.az xəbər verir ki, bu barədə “The Drive” məlumat yayıb.
Portalın məlumatına görə, hərrac 7-16 yanvar tarixlərində keçiriləcək. Maşının sürüş məsafəsi 11 265 kilometr təşkil edir. Lakin, superkarın Trampda olan vaxtı, onun sürüş məsafəsi 3862 kilometr olub.
Bildirilir ki, Tramp “Ferrari F430”u 2007-ci ildə alıb, 4 il keçdikdən sonra isə onu satıb.
Superkar, 6 pilləli transmissiyalı 490 at gücündə 4,3 litrlik benzinlə işləyən V8 mühərriki ilə təchiz olunub. Avtomobil 100 km/saatı 3,5 saniyəyə yığır, maksimal sürəti isə 315 kilometr saatdır.
Avtomobilin kuzası “Rosso Corsa” korporativ rəngi ilə rənglənib.
Qeyd edək ki, avtomobil 2017-ci ildə artıq bir dəfə satışa çıxarılıb və o zaman maşın 270 000 dollara alıcı tapıb.
Namiq Musayev



