Türkiyədə koronavirusdan daha 28 nəfər ölüb

21:29 - 26 May 2020 - DÜNYA

Son bir gündə Türkiyədə koronavirusdan daha 28 nəfər ölüb.

Bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca bildirib. O, qeyd edib ki, bununla da ölkədə pandemiya qurbanlarının sayı 4 397 nəfərə çatıb.

Bu gün COVID-19-a 948 yeni yoluxma qeydə alınıb. Beləliklə, ölkədə koronavirusa yoluxanların sayı 158 762-ə çatıb.
Son 24 saatda koronavirusla bağlı 19 853 test aparılıb. Bununla da koronavirusla bağlı aparılan testlərin sayı 1 873 607-yə çatıb. Son bir gündə virusdan 1 492 nəfər sağalıb.

Beləliklə, koronavirusdan sağalanların ümumi sayı 121 507  nəfər təşkil edir. ///report

Xəbər xətti