Vilayət Eyvazov rəisi işdən çıxardı

12:43 - 9 Aprel 2020 - Xəbər

Daxili İşlər orqanlarında kadr dəyişikliyi olub.

Bu barədə nazir, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin rəisi, polkovnik-leytenant Müslüm Quliyev vəzifəsindən azad edilib. O, sərəncama götürülüb.

Nazirin digər əmri ilə Aqil Ələsgərov Suraxanı RPİ-nin İstintaq Şöbəsinin rəisi vəzifəsinə təyin olunub. ///oxu.az

Xəbər xətti