ABŞ-da yük təyyarəsi qəzaya uğradı

16:27 - 11 Sentyabr 2019 - Xəbər

ABŞ-ın Ohayo ştatında yük təyyarəsi qəzaya uğrayıb.


Təyyarə Tolido hava limanı yaxınlığında yerə düşdükdən sonra yanmağa başlayıb.

Qəzaya uğrayan təyyarədə iki nəfər olub, onların taleyi məlum deyil.

Hazırda pilotların axtarışları aparılır. Qeyd olunur ki, təyyarə avtomobil ehtiyat hissələri aparırdı.

Xəbər xətti