"Qarabağ" səfərdən heç-heçə ilə qayıdır

21:22 - 10 İyul 2019 - İDMAN

UEFA Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinin oyunları davam edir.

Ölkəmizin qitənin bir nömrəli klub turnirindəki təmsilçisi "Qarabağ" mübarizəyə bu gün start verib. Qurban Qurbanovun komandası Albaniyada "Partizani"nin qonağı olub. Matç qolsuz bərabərliklə başa çatıb.
Qeyd edək ki, bu komandalar arasında cavab görüşü 1 həftə sonra Bakıda keçiriləcək.

Çempionlar Liqası
1-ci təsnifat mərhələsi, ilk oyunlar
10 iyul


19:30. "Partizani" (Albaniya) - "Qarabağ" (Azərbaycan) - 0:0 

Baş hakim: Holvardur Arnason (İslandiya)
Tirana, "Selman Stermazi" stadionu
/qol.az

Xəbər xətti