Azərbaycan və Kuba arasında turizm əlaqələri müzakirə olunub

17:51 - 27 Noyabr 2018 - Xəbər

Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev və Kuba Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Alfredo Nieves Portuondo arasında görüş keçirilib.

Agentlikdən Ucnoqta.az-a verilən məlumata görə, görüşdə cənab Portuondo iki ölkə arasında dost münasibətlərin vacibliyini vurğulayıb və turizm sahəsində əməkdaşlığın perspektivlərindən bəhs edib. Hər ilin may ayında Havanada böyük sərgi-yarmarka təşkil olunduğunu bildirən səfir Fuad Nağıyevi 2019-cu ildə keçiriləcək tədbirə dəvət edib.

Öz növbəsində Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev səfir Alfredo Nieves Portuondonu 2019-cu ilin aprel ayında Bakıda keçiriləcək Beynəlxalq Turizm və Səyahətlər Sərgisinə (AİTF) sərgisinə dəvət edib. Fuad Nağıyev AİTF sərgisində Kubanın turizm sənayesi nümayəndələrinin iştirakı və stendin ayrılması üçün müvafiq köməklik göstərilə biləcəyini qeyd edib.
Səfir əvvəlki illərdə də Kubanın AİTF sərgisində təmsil olunduğunu qeyd edərək növbəti sərgidə iştirak etməkdə maraqlı olduqlarını bildirib və dəstək üçün təşəkkür edib.

Görüş çərçivəsində iki ölkə arasında turizm sahəsində görüləcək işlər və əməkdaşlığa dair ətraflı fikir mübadiləsi aparılıb.

Xəbər xətti