Gürcüstanda prezident sarayına basqında təqsirləndirilən 7 nəfərə hökm oxunub

13:36 - 19 İyun 2026 - Xəbər

Tbilisi Şəhər Məhkəməsi 4 oktyabr 2025-ci ildə prezident sarayına basqın zamanı iştirak etməkdə ittiham olunan yeddi nəfərə hökm oxunub.

Ucnoqta.az xəbər verir ki, bu barədə Gürcüstanın İmedi televiziya kanalı məlumat yayıb.

Konstantin Kokaia, David Sturua, David Jqenti, Kaxaber Mzhavanadze, Zakro Altunaşvili və Giorgi Çakhunaşvili beş il müddətinə azadlıqdan məhrum ediliblər. İa Daraxvelidze üç il müddətinə azadlıqdan məhrum edilib.

Bir neçə gün əvvəl prezident sarayına basqınla bağlı saxlanılan 22 nəfər günahlarını boynuna alıb. Prokurorluq onlarla razılığa gəlib və məhkəmə onları üç il şərti azadlıqdan məhrum edib. Onlar artıq azadlığa buraxılıblar.

Ötən il oktyabrın 4-də, bələdiyyə seçkiləri günündə Tbilisidə müxalifət mitinqi keçirilib. Etirazçılarla qarşıdurmada polis su şırnaqlarından istifadə edib.

Xəbər xətti