ABŞ-İran danışıqlarının yeni mərhələsi başlayacaq - Əraqçi

11:57 - 16 İyun 2026 - DÜNYA

ABŞ və İran arasında sanksiyaların ləğvi və İranın nüvə proqramı ətrafındakı münaqişənin həlli ilə bağlı danışıqların yeni mərhələsi cümə günü Cenevrədə anlaşma memorandumunun imzalanması ilə başlayacaq.

Ucnoqta.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.

"İran və ABŞ arasında anlaşma memorandumu bazar günü yekunlaşdırılıb və tezliklə - çox güman ki, cümə günü - müəyyən ediləcək yerdə rəsmi olaraq imzalanacaq. Eyni zamanda, İran və ABŞ arasında yekun razılaşmaya nail olmaq məqsədi ilə yeni danışıqlar mərhələsi başlayacaq", - o, deyib.

Xəbər xətti