Tramp Fransanı şərab tarifləri ilə hədələdi

09:52 - 15 İyun 2026 - İQTİSADİYYAT

ABŞ Prezidenti Donald Tramp Fransanı yeni ticarət müharibəsi riski ilə bağlı xəbərdar edib və Paris Amerika texnologiya şirkətlərinə qarşı rəqəmsal vergisini qaldırmadığı təqdirdə Fransa şərablarına və şampanlarına 100% tarif tətbiq etməklə hədələyib.

Ucnoqta.az xəbər verir ki, Amerika lideri New York Post (NYP) qəzetinə verdiyi müsahibədə bildirib.
"Mən ondan Amerika şirkətlərinə vergi qoymamağı xahiş etdim və əgər qaldırsalar, Fransadan gələn bütün şampanlara və bütün şərablara 100% tarif tətbiq etməkdən başqa çarəm qalmayacaq", - Ağ Ev rəhbəri deyib.

Tramp Makrona birbaşa xəbərdarlıq etdiyini və texnologiya şirkətlərinə qarşı 3% vergini qaldırmasını tələb etdiyini qeyd edib. 

Xəbər xətti