Agentlik sertifikatlaşdırmadan keçəcək müəllimlərlə bağlı məlumat yaydı

10:53 - 13 İyun 2026 - Xəbər

2022-ci ildən etibarən həyata keçirilən və təhsilin keyfiyyətinin yüksəldilməsinə xidmət edən sertifikatlaşdırma prosesinə indiyədək 84 minə yaxın müəllim cəlb edilib.

Bu barədə Ucnoqta.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Sertifikatlaşdırma prosesi pedaqoji heyətin peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi və stimullaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. İndiyədək sertifikatlaşdırmadan uğurla keçən 24 minə yaxın müəllimin vəzifə maaşına 35 faiz, 49 mindən artıq müəllimin maaşına isə 10 faiz artım tətbiq edilib.

2026-cı il üzrə sertifikatlaşdırma prosesinə hazırlıq işləri yekunlaşıb. Cari ildə ilk dəfə olaraq Tarix, Texnologiya, Musiqi, Təsviri incəsənət və Fiziki tərbiyə fənləri də prosesə daxil edilib. Ümumilikdə, cari ildə 23 min nəfərdən çox təhsilverən 19 şəhər üzrə 35 imtahan mərkəzində bilik və bacarıqlarını nümayiş etdirəcək.

Xəbər xətti